Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2014

Ukrayna yenə qarışır: parlament binasına "Molotov kokteyli" atdılar

Ukrayna parlamenti qarşısında etiraz aksiyası keçirilir.

Əllərində “Sağ sektor”un və “Azadlıq” birliyinin bayraqları olan ukraynalı fəallar parlamentin binası qarşısında parlamentarilərdən amnistiya haqqında qanun layihəsinin qəbulunu tələb edərək binaya “Molotov kokteyli” və fişənglər atmağa başlayıblar. Bu barədə "Trend" “İnterfaks”a istinadən xəbər verir.

Parlamentin binası yaxınlığında polis dəstələri dayanıb. Onlar fəalları binaya buraxmırlar.

Ukrayna DİN-in Kiyev şöbəsindən bildiriblər ki, aksiya iştirakçıları polis işçilərinə və parlament binasına tərəf tüstü şaşkaları da atıblar.

Mətbuat xidmətindən bildiriblər ki, hazırda Ali Radanın binası yaxınlığında müxtəlif siyasi qüvvə və təşkilatlardan təqribən 8 min nəfər var. Onlar müxtəlif tələblər irəli sürürlər.

Bu arada Ali Radanın sədri Aleksandr Turçinov parlamentin binası qarşısındakı etirazçıları nizam-intizamlı aksiya keçirməyə çağırıb: "Mənə məlumat verdilər ki, təkərləri yandırmağa başlayıblar. Mən bunları edən adamlara müraciət edirəm: siz bu hərəkətlərinizlə qanunların qəbuluna kömək etmirsiniz".

A.Turçinov onu da bildirib ki, belə hərəkətlər bir sıra deputatların iclas zalını tərk etməsinə səbəb olacaq və səsverməyə heç kəs qalmayacaq.

O, Ali Radanın işini pozmamağa çağırıb.

Daha sonra spiker iclasda on dəqiqəlik fasilə elan edib və fraksiya və qrupların rəhbərlərini öz kabinetinə dəvət edib.
883 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:45