Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2014

PKK: ”Kobanidə strateji təpəni ələ keçirdik”

Kobanidə İŞİD yaraqlıları ilə toqquşan YPG terror təşkilatı şəhərin qərbindəki Til Şeir təpəsini ələ keçirdiyini elan edib.

“BBC Türkcə” xəbər verir ki, Suriyada vətəndaş müharibəsi başladıqdan sonra ölkənin qərbində yerləşən Kobani şəhərinə nəzarəti ələ keçirən PKK terror təşkilatının Suriya qolu kimi tanınan YPG terror təşkilatı həftələrdir ki, İraq və Suriyanı qan gölünə çevirən İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatı ilə toqquşur. Şəhəri mühasirəyə alan İŞİD mərkəzə girməyə çalışsa da, orada YPG yaraqlılarının sərt müdaxiləsi ilə qarşılaşır.

Ancaq YPG terror təşkilatının yaydığı məlumata görə, Til Şeir təpəsi 10 gündür ki, İŞİD yaraqlılarının mühasirəsində idi.
YPG mənbələrinin məlmatına görə, Kobaninin 4 kilometr qərbində yerləşən Til Şeir təpəsi İŞİD-çilərdən geri alınıb.
930 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP