Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2014

15 oktyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Oktyabrın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 14-17, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 767 mm civə sütunundan 760 mm civə sütununa düşəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Oktyabrın 15-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacağı, axşam saatlarında bəzi qərb rayonlarında və Lənkəran-Astara zonasında isə qısamüddətli yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 11-16, gündüz 21-26, bəzi yerlərdə 28 dərəcə isti, dağlarda gecə 4-9, gündüz 12-17, bəzi yerlərdə 19 dərəcə isti olacağı gözlənilir.
Aqrometeoroloji şərh
Oktyabrın 14-16-da respublikanın rayonlarında hava şəraitinin nisbətən sabit, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, temperatur rejiminin bir qədər artacağı gözlənilir. Belə hava şəraiti bütün kənd təsərrüfatı işlərinin aparılması, o cümlədən məhsul yığımı, payızlıq dənli bitkilərin səpini üçün əlverişli olacaq.
923 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP