Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2014

"İŞİD"-in Kobani yaxınlığındakı mövqelərinə 21 hava zərbəsi endirildi

Beynəlxalq koalisiyanın aviasiyası son iki gündə “İŞİD”-in Suriyanın Kobani şəhəri yaxınlığındakı mövqelərinə 21, İraq ərazisinə isə 1 zərbə endirib.

ABŞ hərbçiləri vəziyyətin çox dəyişkən olduğunu, terrorçuların yeni ərazilər ələ keçirməyə çalışdıqlarını bildirirlər.

Məlumata görə, zərbələrdən biri Suriyanın Deyr-əz-Zor şəhəri yaxınlığındakı neftayırma zavoduna endirilib, təfərrüatlar hələlik açıqlanmır. Digər zərbələr nəticəsində silahlıların bazası və “İŞİD”-in ələ keçirdikləri binalar dağıdılıb.

“Hava zərbələri “İŞİD”-in irəliləməsini xeyli ləngidib. Buna baxmayaraq vəziyyət qeyri sabit olaraq qalmaqdadır”, - deyə ABŞ hərbi komandanlıq nümayəndəsi bildirib.
801 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber