Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2014

Elnur Aslanovun «Rahat»lığını pozdular

Məşhur marketlər şəbəkəsi şöbə müdirinin əlindən alındı, təhvil-təslim işləri aparılır

Adı «Gülən davası»na qarışmış Prezident Admnistrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin sabiq müdiri, hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə rəisi vəzifəsində çalışan Elnur Aslanovun maliyyə qaynaqlarını da kəsməyə başlayıblar. Proseslərin ilk olaraq konkret hansı obyektlərdən başladığı məlum olmasa da, onun davamı artıq dünəndən diqqəti çəkməyə başlayıb.

Məlumatda deyilir ki, dünən səhər saatlarından etibarən Elnur Aslanova məxsus olduğu deyilən və Bakıda bir xeyli dükanları olan «Rahat» marketlərdə təhvil-təslim işlərinə start verilib. Şəhərin müxtəlif yerlərində həyata keçirilən prosesin yekunu olaraq «Rahat» marketlər şəbəkəsinin Aslanovdan alınaraq, başqa bir məmurun ixtiyarına veriləcəyi dəqiqləşib. Lakin həmin məmurun kimliyi barədəbilgi əldə etmək hələlik mümkün olmayıb.

Mənbə iddia edir ki, Aslanovlarla bağlı digər araşdırmalar da start götürüb. Amma bu araşdırmaların konkret nələrdən ibarət olduğu barədə hələlik bilgi verilmir./jam/
987 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:44