Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2014

İŞİD vəhşiliyini etiraf etdi

İŞİD terror qruplaşması əsir götürdüyü qadınları qul kimi satdığını etiraf edib.

Dünyanı törətdiyi vəhşilikləri ilə dəhşətə salan terror qruplaşması tətbiq etdiyi quldarlıq qaydaları barədə aylıq nəşr olunan internet jurnalı "Dabiq"da məlumat verilib.

Jurnaldakı bir məqalədə deyilir ki, yezidi kürdlərin səmavi dinlə bağlılığı olmadığından qadınları qulluqçu və kişiləri isə kölə kimi satılıb. Məqalədə göstərilib ki, yezidi kürdlərin qadınları döyüş qəniməti kimi İŞİD yaraqlıları arasında bölüşdürülüb.

İŞİD bu çirkin əməlinə şəriət qaydalarının hökmü kimi haqq qazandırmağa çalışıb. Ancaq məzlum insanları evlərindən didərgin salıb, qadın və qızlarına təcavüz edib, sonra qul kimi satmaq İslam dini ilə hər hansı bir bağlılığı yoxdur.

Terror qruplaşmasının jurnalında daha sonra bildirilir ki, əsir götürülən xristian və yəhudilər səmavi dinə mənsub olduqları üçün onlar "fidyə" qarşılığında azad edilə bilər.

İŞİD-in mövqeyini işıqlandıran jurnalda iddia edilir ki, yezidi kürdlər müşrik olduqları üçün qadınlarından nökər kimi hərəminə almaq və ya satmaq olar.

Qeyd edək ki, vəhabi ideologiyası əsasında formalaşan İŞİD təkcə yezidi kürdləri deyil, şiə və sünniləri də müşrik hesab edir. Onların qadınları başda olmaqla var-dövlətini özlərinə halal sayırlar. Eyni münasibət Qəzzada dinc əhalini qıran yəhudilərə və xristianlara göstərilmir. Təsadüfi deyil ki, sözügedən terror qruplaşması Suriya və İraqda 10 min müsəlmanı qətlə yetirib. İŞİD-in öldürdükləri arasında yalnız 11 xristian var.

Faktlar bunu deməyə əsas verir ki, İŞİD müsəlman dünyasına qarşı yaradılan bir terror layihəsidir./ans/
955 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu