Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2014

Üsyançı Ukrayna Ordusu yaranmasının il dönümü qeyd edilib

Ukraynanın paytaxtı Kiyevdə millətçilər ikinci dünya müharibəsi zamanı nasist Almaniyasına qarşı partizan döyüşlər aparan Ukrayna Üsyançı Ordusunun yaranmasının il dönümünü qeyd ediblər. Şəhərin mərkəzi küçələrindən birində baş tutan yürüş aksiyasına 3 minə yaxın fəal qatılıb. Fəallar “qəhrəmanlar ölmürlər” şüarları ilə küçədə yürüş ediblər.

“Bu gün burada Ukrayna Üsyançı Ordusunun xatirəsini yad etmək və Ukraynanın daha parlaq gələcəyi üçün canlarından keçənlərə dəstək olmaq üçün toplaşmışıq” - deyə yürüş iştirakçısı qeyd edib.

Bir qədər əvvəl fəallar parlament binası qarşısında toplaşaraq həmin dövrün partizan döyüşçülərinə milli qəhrəman adı verilməsini tələb edirdilər. Aksiya sonda polislə qarşıdurmalara səbəb olmuşdu.

Ölkənin şərq vilayəti Donetskdə hökumət qüvvələri ilə üsyançılar arasında hava limanı uğrunda döyüşlər gedir. Ötən gün üsyançılar ağır artilleriyadan hökumət qüvvələrinin mövqelərini atəşə tutublar. Ukraynanın milli təhlükəsizlik və müdafiə şurasının mətbuat katibi Andrey Lisenko ötən gün Novoazovsk rayonuna Rusiyadan xüsusi təhlükəsizlik xidməti əməkdaşlarının gəldiyini deyib. Lisenko bu diviziyanın açıq şəkildə separatçılarla əməkdaşıq etdiyini bildirib və bunu həyasızlıq adlandırıb.
959 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:46