Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2014

Kürdlər strateji Kobani təpəsini İŞİD-dən geri alıb

İŞİD-ə qarşı vuruşan kürd döyüşçüləri Kobani şəhəri yaxınlığındakı strateji əhəmiyyətə malik yüksəkliyi yenidən nəzarət altına aldıqlarını bildiriblər.

10 gün ərzində İŞİD terroçularının nəzarətində qalan “Tall Shair” təpəsi koalisiya qüvvələrinin hava zərbələrindən sonra ələ keçirilib.

İki həftədir ki, həyata keçirilən hava zərbələri ekstremistlərin irəliləməsini ləngidib. Lakin Türkiyə və Qərb dövlətləri şəhərin süquta uğrayacağı ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, Kobaninin ələ keçirilməsilə İŞİD Türkiyə Suriya sərhədinin uzun bir hissəsini nəzarət altına almış olacaq.

Bu arada Kobanidən yüzlərlə kilometrlik məsafədə yerləşən İraqın Hit şəhərində də İŞİD ilə hökumət qüvvələri arasında döyüşlər davam edir.

BMT-nin məlumatına görə, şəhərin daxilində və ətraf ərazilərdə gedən döyüşlərə görə onu 180 minə yaxın yerli sakin tərk edib.
892 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber