Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2014

Yaşını yazdı, Feysbuk inanmadı

ABŞ-ın Minnesota ştatında yaşayan 113 yaşlı qadın Feysbuk sosial şəbəkəsində qeydiyyatdan keçmək həvəsinə düşsə də, bu, yaxşı sonluqla nəticələnməyib.

1900-ci il təvəllüdlü Anna Stoehr qeydiyyatdan keçərkən yaşını yazsa da, sistem bunu qəbul etməyib. Belə ki, ən erkən doğum ilinin 1905-ci il olduğunu görən yaşlı çox təəssüflənib və məcbur olaraq təvəllüdünü 1905-ci il olaraq göstərib.

Gələn həftə 114 yaşını qeyd edəcək Stoehr sosial şəbəkədən istifadə etmək istəyini qarşıdan gələn ad günü təbriklərini məhz Feysbukda qəbul etmək arzusu ilə izah edib.

Xatırladaq ki, Feysbukun səhvləri bununla da bitmir. Bir neçə ay öncə keçirdiyi xəstəlik ucbatından sifət cizgiləri normal insandan fərqlənən bir istifadəçinin şəkli Feysbuk tərəfindən silinmişdi.
1105 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP