Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2014

“Xalqımız hökumətin xain planını məhv etdi”

"İlham Əliyev düşünürdü ki, bu repressiyalardan sonra daha onun hökumətinin korrupsiyasından yazan, özündən məsuliyyət tələb edən qalmayacaq”

“Reallıqla barışmaq sırası indi hökumətdədir”

AXCP sədri Əli Kərimli müxalifətin 12 oktyabrda Bakıda keçirdiyi mitinqin nəticələrindən yazıb. Onun Facebook səhifəsində paylaşdığı yazını təqdim edirik:

“Özlərini inandırmışdılar ki, nəhayət, 21 illik savaşdan sonra Azərbaycanı xəyallarındakı rəzil günə sala biləcəklər. Ümid edirdilər ki, tənqidçilərinin hamısını ya məhv edəcək, ya da qorxudub susduracaqlar. Özlərini inandırmışdılar ki, beynəlxalq ictimaiyyətin bir hissəsini satın almaq, digərlərini də şantajla susdurmaq mümkün olacaq. Arxayın idilər ki, repressiyaların miqyasından sadə azərbaycanlılar şoka düşəcək, hökumətin girov götürdüyü müxalifətçiləri və vətəndaş cəmiyyəti fəallarını müdafiə etməyə cəsarət etməyəcəklər. Repressiyaları şiddətləndirəndə qarşılarına belə böyük vəzifələr qoymuşdular.

Hamını susdurmaq, “islah” olunanları “islah”, digərlərini isə məhv etmək vəzifəsi qoyulmuşdu qarşıya. İlham Əliyev düşünürdü ki, bu irimiqyaslı repressiyalardan sonra daha onun hökumətinin korrupsiyasından açıq yazacaq azad mətbuat olmayacaq. Ölkədəki haqsızlığa, ədalətsizliyə, kütləvi qanunsuzluq və talançılığa görə onun şəxsən özündən məsuliyyət tələb edəcək prinspial müxalifət qalmayacaq. Bütün ictimai-siyasi fəallar özlərinə - yazdıqlarına, danışdıqlarına senzura qoymalı olacaqlar.

Bəli, söhbət yalnız ölkənin tanınmış hüquq müdafiəçilərinin, müxalifət fəallarının, jurnalistlərin, bloqçuların həbsindən getmirdi. Ortada bütövlükdə xalqımıza qarşı xain plan var idi. Bu ardıcıl həbslərlə Azərbaycan xalqının mübarizə əzmini sındırmaq, onu köləliklə, sülalə hakimiyyətinin əbədiliyi ilə barışdırmaq niyyəti var idi.

Xalqımız təhlükəni duya bildi. Qorxusuna qalib gəldi. Milli Şuranın çağırışı ilə minlərlə insanın 12 oktyabrda mitinqə gəlməsi bütün bu planları məhv etdi. İnsanlarımızın sınağa çəkildiyi indiki çətin günlərdə bu qədər insanın qorxmadan etiraz aksiyasına qoşulması həmin xain planı məhv etdi. Rejim gördü ki, bu ölkədə cəsarətli, dəyişiklik istəyən insanlar həqiqətən də onların düşündüyündən çoxdur, qat-qat çoxdur. Reallıqla barışmaq sırası indi hökumətdədir.

Xalqımızın əhəmiyyətli kəsiminin 12 oktyabr mitinqində ifadə olunmuş iradəsi ilə hesablaşmalıdırlar. Bu ölkədə diktatura keçməyəcək. Rejimin avtoritarizmlə də kifayətlənməyib, tam alternativsizlik şəraitinə, diktaturaya keçmək cəhdlərinə xalqımız “yox” dedi. İndi rejim başbilənləri idarəetmənin daha mülayim formalarını axtarmalıdırlar. 12 oktyabr mitinqinin də ən mühüm əhəmiyyəti budur. Bir halda ki, onsuz da hamını susdura, alternativləri məhv edə bilmirlər, əziyyətlə oğurladıqları milyardları nəyə görə sanksiya riskinə atsınlar?

P.S. 12 oktyabr mitinqinin bir əlamətdar cəhəti də oldu. Hələ Azərbaycanda heç bir mitinqdə (iqtidarlı, müxalifətli) bu qədər milli bayraq olmamışdı. Bu bayraq bizə çox əzizdir, doğmadır – bu, öz yerində. Amma həqiqətən də bayrağımız çox gözəldir. Dünyanın ən gözəl bayrağı!”.
1153 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12