Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2014

İqar Məmmədov 3 aya azad edilməlidir

Avropa Məhkəməsindən qəti qərar: İlqar Məmmədov 3 aya azad edilməlidir

Hökumətin şikayəti rədd olundu; Avropa Şurasının baş katibi qərarı icra etməyə çağırdı

REAL Hərəkatının sədri, siyasi məhbus İlqar Məmmədovla Avropa İnsan Hüquqları Məhkəməsininbağlı qərarı qəti qüvvəyə minib. Bu haqda AİHM-nin səhifəsində məlumat yerləşdirilib.

İlqar Məmmədovun vəkili Fuad Ağayev "Azadlıq" radiosuna deyib ki, Avropa Məhkəməsi bu ilin mayında REAL sədrinin azadlıq hüququnun və təqsirsizlik prezumpsiyasının pozulduğunu tanıyıb. Məhkəmənin qərarına əsasən, İlqar Məmmədov azad olunmalı, Azərbaycan dövləti dəymiş mənəvi ziyana görə ona 22 min avro təzminat ödəməlidir.

Ancaq avqustun 8-də Azərbaycan hökuməti Avropa Məhkəməsinin qərarından Böyük Palataya müraciət edib. Bir gün öncə - oktyabrın 13-də kollegiya müraciətə baxıb və onu Böyük Palatanın baxışına verməkdən imtina edib. Bununla da Məhkəmənin mayda çıxardığı qərar qəti qüvvəyə minib. Vəkilin sözlərinə görə, İlqar Məmmədov 3 ay ərzində azadlığa buraxılmalıdır:

«Dünən Böyük Palatanın kollegiyası bu müraciətə baxıb və qərarını verib. Beləliklə, qərar artıq qətidir və artıq icra edilməlidir. Bu o deməkdir ki, həmin qərarda göstərilən pozuntular aradan qaldırılmalıdır. Onun həbsi ilə bağlı qəbul olunan bütün qərarlar qanunsuz, əsassız, qeyri-hüquqidir. Bu halda Ali Məhkəmənin plenumu həmin qərarlara yenidən baxaraq onları ləğv etməlidir”.
Vəkil hesab edir ki, Azərbaycan hakimiyyəti üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətlə yanaşmalı, qısa müddətdə İlqar Məmmədovu həbsdən azad etməlidir: “Qərar qətiləşdiyindən 3 ay ərzində yerinə yetirilməlidir».



Yeri gəlmişkən, Avropa Şurasının baş katibi Torbyorn Yaqland da Avropa İnsan Haqları Məhkəməsinin qərarına istinadən Azərbaycan hakimiyyətini İlqar Məmmədovu azadlığa buraxmağa çağırıb: “Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun qanunsuz həbsi barədə qərar üzrə Azərbaycan hökumətinin apellyasiyasını təmin etməyib. Bu o deməkdir ki, məhkəmənin qərarı qətidir. Odur ki, Azərbaycan hakimiyyətini İlqar Məmmədovu azad etməyə çağırıram”.

1134 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi