Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2013

Almaniya baş örtüyü qadağasını götürür

Almaniyanın Düzeldorf İdarə Məhkəməsi dövlət vəzifəsində işləyən qadın məmurların baş örtüyünün hər hansı bir maneə yaratmadğıı barədə qərar çıxarıb.

“Axar.az”ın məlumatına görə, məhkəmə qərarına səbəb Mettmann bölgəsindəki müsəlman bir qadının baş örtüsüylə işə gəlməsinə qarşı çıxan Mettmann Şəhər İdarəsinin məhkəməyə müraciəti olub. İddiaya baxan Düzeldorf İdarə Məhkəməsi xidməti vəzifələrdə çadranın heç bir maneə yaratmadığını bildirib. Məhkəmə müəllimlərə tətbiq olunan baş örtüyü qadağasının digər məmurlara aid olmayacağına da qərar verib.

İslam Milli Görüş Cəmiyyətinin (IGMG) nümayəndəsi Oğuz Üçüncü çadra qadağasına qarşı alınan qərarı məmnuniyyətlə qarşıladıqlarını ifadə edib: "Müsəlman qadınlara qarşı tətbiq olunan çadra qadağası yalnız müəllimləri əhatə etməklə məhdudlaşmır. Qadağa digər peşə qruplarında və xüsusilə, özəl sektorlarda da ciddi ziyanlara gətirib çıxarıb. Dövlətin müsəlman qadınlara tətbiq etdiyi bu ayrı-seçkilik bitməlidir”.

Oğuz Üçüncü bildirib ki, bu qərardan sonra dövlət xadimləri müsəlman qadınların cəmiyyətdə fəal iştirakını təmin etmək üçün iş görməlidir.
2091 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 19:30