Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2014

Raqub Məmmədov Ağdamı qapalı zonaya çevirib

Raqub Məmmədov Prezidentin sərəncamlarını baş-ayaq başa düşür, rayondan reportaj hazırlamaq «hərbi sirr» elan edilib

Ağdamın yeni icra başçısı Raqub Məmmədovun yeni cəhətləri ortaya çıxıb. İcra başçısının həmin «üstün» cəhətlərindən ən birincisi onun Prezidentin verdiyi sərəncamları baş-ayaq başa düşməsidir.

Belə ki, icra başçısının bu yaxınlarda hərbi sirrin yayılmaması ilə bağlı verdiyi sərəncamdan sonra Raqub Məmmədov Ağdamı qapalı zonaya çevirib. Bu rayonda hətta sosial məqsədli tədbirlərdən də yazı yazmaq, reportaj hazırlamaq qadağan edilib. Və bütün bunların hamısı «dövlət sirri», «hərbi sirr» kimi xarakterizə olunub.

Qeyd edək ki, Bolgexeber.tv-nin əməkdaşları Ağdam rayonu haqqında gedən süjetlərdən, xüsusən də bir neçə gün əvvəl Qanlı Göl deyilən ərazidən çıxcarılmış insanların harada yerləşdiriləcəyi ilə bağlı verilişdən sonra Ağdam İcra Hakimiyyətindən dəvət alıblar. Onlar Qanlı Göl deyilən ərazidən çıxarılan qaçqınların yerləşdiyi yerdən reportaj hazırlamaq üçün icazə verdiklərini bildiriblər. Lakin İcra Hakimiyyətində olan zaman icra başçısının müavinlərindən biri icra başçısı Raqub Məmmədovla əlaqə saxlayıb, onun da rəyini öyrənmək istəyib. Elə icra başçısının yeni cəhəti də burada üzə çıxıb.

Belə ki, Raqub Məmməov müavininə bildirib ki, Prezidentin bu yaxınlarda verdiyi sərəncama əsasən Ağdam rayonundakı qaçqın şəhərciyindən reportaj hazırlamaq hərbi sirr (?!) olduğundan qəti qadağandır.
1017 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 07:42