Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2014

Sabirabad Doğum Evində uşaq qatilləri var?

Cavad Cavadov: «Məndən orada 1000 manata qədər pul aldılar, axırda da uşağım öldü»

Dünən redaksiyamıza Saatlı rayon, Qazanbatan kənd sakini Cavad Cavadov müraciət edərək, başına gətirilmiş müsibətdən bəhs edib. Saatlı sakini bildirir ki, Sabirabad Mərkəzi Xəstəxanasında həkimlərin səhlənkarlığı və pulgirliyi üzündən uşağını itirib.

Belə ki, o, hamilə olan həyat yoldaşı Könül Cavadovanı bu ilin 9 oktyabrında Sabirabad Mərkəzi Xəstəxanasına aparıb. Qarşılarına ilk çıxan şəxs isə Doğum Şöbəsinin müdiri Kübra adlı şəxs çıxır və onlardan 30 manat aldıqdan sonra şöbəyə buraxır. «Bizə dedi ki, əgər 30 manat verməsəniz sizi içəri buraxmayacam. Biz də əlacsızlıqdan pulu verməli olduq. Sonra qadın həkimi kimi tanınan Ofeliya gəldi və heç bir müayinə aparmadan qəti şəkildə bildirdi ki, doğuş mütləq qeysəriyyə yolu ilə aparılmalıdır. Və bunun üçün 450 manat verməyimiz lazımdır».

Cavad Cavadov bildirir ki, tələb olunan 450 manatın 400 manatını əməliyyatı aparacaq Nazim həkimə veriblər. 50 manatı isə Ofeliya xanıma çatıb. «Yoldaşımın hamiləlik müddətində dəfələrlə müayinəyə aparmışdıq və orada bizə demişdilər ki, hər şey qaydasındadır və ana uşağını təbii yolla doğa biləcək. Nəhayət, uşağı götürdükdən sonra həkimlər və tibb bacıları bizə xəbər göndərdilər ki, uşaq və ananın səhhətində heç bir problem yoxdur».

Saatlı sakini deyir ki, bütün bunlardan sonra Ofeliya həkim onlardan daha 200 manat alıb. Aldığı pula isə uşağı iynə vurduğunu deyib. «Ona dedik ki, ressepti bizə versin, dərmanları özümüz alaq. Lakin o, bundan imtina etdi. İynənin nədən ötrü vurulacağını da demədi və gizli saxladı. 4 gün ərzində həyat yoldaşım xəstəxanada baxımsız və şəraitsiz vəziyyətdə saxlanıldıqdan sonra evə buraxıldı. Bu günlər ərzində orada 300 manat əlavə xərcimiz də çıxdı. Yoldaşım evə buraxılandan 1 saat sonra isə uşaq öldü».

Cavad Cavadov deyir ki, yaşadıqlarından şoka düşüblər. «Sabirabad Mərkəzi Xəstəxanasında işləyən həkimlər üçün insan həyatı ən qiymətsiz şeydir. Yalnız pul barədə düşünürlər. Məni ağrıdan odur ki, əgər uşaqda hər hansı bir qüsur və ya xəsiəlik var idisə, niyə müalicə olunmayıb. Gücləri çatmayıbsa, bizə niyə xəbər verməyiblər? Bəlkə, biz imkanlarımızdan istifadə edib uşağın sağalması üçün müəyyən addımlar ata bilərdik»./jam/
1149 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı