Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2014

Gözünüz aydın: Yanvardan işıqpulu bahalaşacaq

Hökumət təkliflərini Taarif Şurasına göndərib, yeni il bir sıra «sürprizlər»lə qarşılaya bilərik

Yeni, 2015-ci ilin büdcəsi ilə bağlı məlumatlar açıqlandıqdan sonra bir sıra maraqlı məqamlar üzə çıxıb. Artıq bəzi ekspertlər gələn üçün nəzərdə tutulmuş xəzinənin gəlir-çıxarını təhlil edərək, durumun heç də yaxşı olmayacağı qənaətinə gəliblər.

2015-ci il büdcəsini «risqli», «qorxulu» və «təhlükəli» hesab edən iqtisadçılar bəyan edirlər ki,hökumətin 5 milyardlıq kəsir məsələsinə diqqət yetirmək istəməməsi olduqca qəribədir. Onların rəyinə görə, büdcənin bu şəkildə idarə edilməsi ölkə iqtisadiyyına ciddi zərbələr vura bilər.

Lakin hökumət tamam başqa bir məsələnin dərdinə düşüb. Ölkə büdcəsinin neftdən əldə olunan gəlirlərdən asılı olması rəsmi qurumların başağrısına çevrilib. Yeni il üçün neft gəlirlərindən 11 milyard manatın büdcəyə trnasferi nəzərdə tutulub. Amma dünya bazarında «qara qızıl»ın ucuzlaşması və 1 il sonra üçün hətta bu rəqəmin 60 dollara düşəcəyinin proqnozlaşdırılması Azərbaycan hökumətini əşhəddü narahat etməkdədir.

Düzdür, büdcə proqnozlarında neftin qiyməti 90 dollar nəzərdə tutulub. Amma hökumət vəziyyətdən çıxmaq üçün yenidən əhalinin cibinə girmək niyyətindədir. Halbuki daha fərqli vasitələr və imkanlar var və onlardan yararlanmaq ümumiyyətlə, müzkirə predmetinə çevrilməmiş kimi görünür.

Hökumətdəki mənbələrdən verilən məlumata görə, yeni ilin büdcəsindəki kəsiri aradan qaldırmaq üçün rəsmi qurumlar elektrik enerjisinin qiymətini qaldırmağı qərarlaşdırıblar. Hazırda 1 KVT/saatı 6 qəpiyə olan elektrik enerjisinin yanvardan etibarən 10 qəpik ediləcəyi gözlənilir. Bununla bağlı təkliflər və əsaslandırmalar artıq Tarif Şurasına da göndərilib.

Mənbə bəzi xidmət və vasitələrin də qiymətinin artırılacağını deyib. O bildirib ki, proses təkcə elektrik enerjisinin bahalaşdırılması ilə yekunlaşmaya bilər. «Dünya bazarında neftin qiyməti kəskin ucuzlaşarsa, yaranmış fərqi aradan qaldırmaq üçün hökumət benzin və digər yanacaq növlərini də bazalaşdıra bilər. Bundan başqa, vergi yükünün artması və gömrük rüsumlarının artırılması da mümkündür»./jam/
898 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı