Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2014

Qahirədə növbəti terror aktı baş verib

Misir paytaxtında törədilən teror aktında 12 nəfər xəsarət alıb

Misir paytaxtında yenə partlayış törədilib.

İnterAz “Reuters”-ə istinadən xəbər verir ki, dünən gecə radələrində paytaxt Qahirə ətrafı bölgədə kustar yolla düzəldilmiş partlayıcı qurğu işə salınıb. Partlayış nəticəsində 12 nəfər xəsarət alıb, avtomobil və yaxınlıqdakı obyektlərə ziyan dəyib.

Partlayışın hansı məqsədlə və kim tərəfindən törədilməsi naməlum qalıb.

Bildirək ki, bu son bir ay ərzində Misir paytaxtında törədilən ikinci terror aktıdır.

Ötən ay, ölkənin xarici işlər nazirliyinin yaxınlığında törədilən partlayışda 3 polis zabiti həyatını itirmişdi.
996 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber