Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2014

Medvedyevdən Ukrayna ilə bağlı kritik açıqlama

Bu barədə Rusiya baş naziri Dmirti Medvedyev "CNBC" telekanalına müsahibəsində bildirib.

"Ukraynanın siyasi quruluşuna gəldikdə isə bu ukraynalıların, onların hakimiyyətinin işidir. Əgər onlar unitar dövlətdə yaşamaq istəyirlərsə, qoy yaşasınlar. Lakin mənim fikrimcə, bu çıxılmaz yoldur. Çünki Ukraynanın bir hissəsi açıq şəkildə bu cür yaşamaq istəmədiyini bildirib" - deyə Medvedyev parlament seçkilərinin Ukraynanın federallaşması ilə nəticələnə bilərmi sualına cavab verərkən bildirib.

"Əgər onlar federasiyanın yaradılması barədə razılığa gələ bilsə, bu Ukraynanın inkişafına kömək edəcək. Lakin bu qərarı Ukrayna daxilində, bu ölkədə hakimiyyətdə olan və hazırda digər mövqedə qərarlaşan və ölkənin şərq regionlarında olan şəxslər tərəfindən verilməlidir", - deyə Medvedyev vurğulayıb.
956 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...