Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2014

İŞİD-in türk mənşəli təbliğatçısı tutuldu

"İraq Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının təbliğat videolarını çəkən türk mənşəli, 35 yaşlı Fateh K. Almaniyada nəzarətə alındıqdan sonra dünən ilk məhkəməsinə çıxarılıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, "Bild" qəzetinin xəbərinə görə, Fateh 2009-cu ildən bəri Alman kəşfiyyatının təqibində idi, "Əl Qaidə"yə yardım etdiyi ortaya çıxınca eyni ildə radikal təşkilatlara qatıla biləcəyi şübhəsi ilə pasportu əlindən alınıb. Fateh 2010-cu ildə saxta pasport ilə Əfqanıstana getməyə qərar versə də, Türkiyəyə gəlib. 2011-ci ildə Almaniyaya dönən Fateh şəxsiyyətini saxtalaşdırmaqda günahlandırılaraq nəzarətə alınıb, sonra yenidən sərbəst buraxılıb. 2013-cü ilin iyun ayında Fateh təkrar Türkiyədən Suriyaya keçib. Suriyada İŞİD-i dəstəkləyən bir qrupa qatılaraq hərbi təhsil alıb, qarşıdurmalara qatılıb. 2013-cü ilin sentyabr ayına Almaniyaya geri dönməyə çalışan Fateh, sərhəddə onu tanıyan məmurlar tərəfindən tutulub. Fatehin evindən İŞİD-i təbliğ edən videolar çıxıb./modern/
1073 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:56