Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2014

“Arif Hacılı mənə hücum etdirir” – Müsavatçı xanım

"Arif Hacılı tərəfdarlarının Əhliman Abbasdan sonrakı hədəfi mənəm"

Bunu Müsavat Partiyasının Qadınlar Birliyinin sədri Ellada Məmmədli deyib.

O, bildirib ki, sosial şəbəkələrdə Müsavat Partiyasının başqanı Arif Hacılı tərəfdarları onu istefa verməyə səsləyən fikirlər yazırlar: “Bizdə iki təşkilat var. Müsavat Gənclər Təşkilatı və Müsavat Qadınlar Birliyi. Açıq şəkildə yazırlar ki, Əhliman Abbas getdi. Bəs o biri təşkilatın sədri nə vaxt istefa verəcək? Onlar məni nəzərdə tutur. Mən Qubad İbadoğlunu dəstəklədim. Məim üçün gələcək, prespektiv daha önəmlidir, nəinki bu günüm. 26 ildir ki, siyasətdəyəm. Müsavat ideologiyası ilə mübarizə apardım. İndi bu idealogiyadan kənara çəkilə bilərəmmi?”

E.Məmmədlinin sözlərinə görə, ona qarşı başlanan kampaniyanın arxasında bir məqsəd dayanır: “Mən Müsavatın Qadınlar Birliyi sədri postuna Arif Hacılının istəyi ilə seçilmədim. Qadınların istəyi və səs çoxluğu ilə seçildim. Onun isə başqa namizədi vardı. Seçilən gündən mənə qarşı hücum var. Bu hücumların arxasında indiki başqanın dayandığı məlumdur. Hələ ki, heç nə edə bilməyiblər. Çünki əllərində nə fakt, nə də bir sənəd var. Mən bir dəfə olsun Müsavatçılıq ideologiyasından kənara çıxmamışam. Əksinə, Qadınlar Birliyi özünü təsdiq edib, biz iş görürük”

“Bütün bundan sonra Müsavat Qadınlar Birliyinin sədri E.Məmmədlinin istefası gözlənilirmi” sualına onun cavabı belə oldu: “Bizim iradlarımız ortalıqdadır. Hələ ki, şikayətimizə baxan qurum yoxdur. Ona görə də bu, sual altındadır. İkinci bir məsələ, əgər şikayətimizə baxılsa, təsdiq olunsa ki, seçkidə heç bir pozuntu olmayıb, başqan Arif Hacılı qanuni seçilib niyə də onunla işləməyim? Mənim üçün Müsavat Partiyasının başqanının kim olması vacib deyil. Mənim üçün Müsavat və onun idealogiyası var. Mən 26 ildə məhz bunun üçün mübarizə aparıram”./aznyus/
1050 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber