Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2014

Arı südü möcüzəsi

Arı südü – cavan işçi arıların udlaq və üst çənə vəziləri tərəfindən hazırlanır. Arı südünün tərkibində orqanizmə lazım olan 20-yə yaxın amin turşuları, çoxlu vitaminlər, mikroelementlər və mineral maddələr, 110-a yaxın bioloji aktiv birləşmələr vardır. İnsan arı südü qəbul etdikdə onun infeksion xəstəliklərə qarşı müqaviməti artır, maddələr mübadiləsi yaxşılaşır. Ümumi tonus qüvvətlənir, insan gümrahlaşır, cavanlaşır, daxili sekresiya vəzilərinin fəaliyyəti normallaşır. Arı südü aterosklerozda, mədə və 12-barmaq bağırsaq yaralarında, qaraciyər xəstəliklərində, uşaqlarda fiziki və zehni inkişafın zəifliyində, orqanizmin ümumi zəifliyində, süd əmizdirən qadınlarda süd azlığında müsbət təsir göstərir. Sidikqovucudur, piylənməni ləngidir, qanyaranmanı normallaşdırır, endokrin vəzilərin funksiyasını tənzim edir, qocalma prosesini ləngidir, yaddaşı və görməni yaxşılaşdırır və iştahanı artırır. Arı südündən radioaktiv zonalarda işləyənlərdə hüceyrələrin bərpa olunmasında və şüalanmanın zərərli təsirlərinin qarşısının alınmasında effektiv dərman kimi istifadə oluna bilər.
1080 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:56