Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2014

Azərbaycandakı siyasi məhbuslara Praqada orijinal dəstək aksiyası

“People in Need” beynəlxalq insan haqları təşkilatı oktyabrın 14-də Praqada Azərbaycandakı siyasi məhbuslara dəstək aksiyası təşkil edib.
Şəhərin meydanlarından birində rəmzi dustaq kamerası quraşdırılıb və Azərbaycanda insan haqları tələb edənlərin necə həbs olunduğunu canlandırmaq üçün səhnəcik oynanılıb. Əllərində insan haqlarına aid şüarlar tutan şəxslər “Azadlıq” qışqırıblar və bu zaman biri uniformada olmaqla, başqaları onlara “hücum çəkərək” şüarları alıb, özlərini də “həbs edərək” kameraya salıblar.
Aksiyada “Human Rights Watch” təşkilatının Berlin ofisindən Vüqar Qocayev, Çexiyanın keçmiş daxili işlər naziri və tanınmış dissident Jan Ruml, Birma həbsxanalarında 5 il həbs yatmış bloqçu və fəal Nay Phone Latt, azərbaycanlı keçmiş siyasi məhbus və bloqçu Emin Milli və başqaları iştirak edib. Praqanın meri Tomas Hudeçek də aksiyaya qatılıb və onu da “həbs edərək” Emin Milli və başqaları ilə birlikdə dustaq qəfəsinə salıblar.
Meydanda Azərbaycandakı siyasi həbs və təqiblər barədə məlumat verən stend də quraşdırılıb.
Aksiyaya qoşulanlar 5 dəqiqə müddətində əyinlərinə dustaq paltarı geyərək qəfəsdə oturublar. Qəfəsin içində isə Azərbaycan bayrağı və azərbaycanlı siyasi məhbus olan hüquq müdafiəçilərinin şəkilləri asılıb.
Aksiya iştirakçıları Azərbaycanda bütün siyasi məhbusların azad olmasını tələb edib. Aksiya 4 saat davam edib.
1149 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber