Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2013

Zərdab rayon sakini ov tüfəngi ilə özünü vurub

Zərdab rayon sakini intihara cəhd edib. Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə gecə saat 22:30 radələrində rayonun Burunlu kəndində baş verib. Kənd sakini, 1981-ci il təvəllüdlü Qurbanov Rafiq İsmayıl oğlu təklülə, 16 kalibrli ov tüfəngi ilə özünə atəş acaraq xəsarət yetirib. Yaralı Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yaralı əməliyyat olunub. Polis Şöbəsindən o da bildirilib ki, R. Qurbanov yaşamaqdan bezdiyini və buna görə özünü öldürmək istədiyini deyib. Faktla bağlı araşdırma aparılır.
1884 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber