Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2014

Rusiya: “Kiyev bilməlidir ki, başqa yolu yoxdur”

Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanov Minsk razılaşmasının atəşkəsə nail ola bilmədiyini açıqlayıb.

Aparat rəhbəri Ukraynada sabitliyin zəruri olduğunu deyərək konkret addım atılmasının vacib olduğunu bildirib.

“Komsomolskaya Pravda”ya açıqlama verən İvanov bölgədə minlərlə insanın taleyinin təhlükədə olduğunu deyib: “Belə bir zamanda qarşılıqlı güvən və etimadla biz bu problem həll edə bilərik. Kiyev hökuməti də, ölkənin şərqində olan qüvvələr də anlamaılır ki, problemin həlli silah yox, dialoqdur. Kiyev bununla barışmalıdır və bilməlidir ki, başqa yolu yoxdur”.

Xatırladaq ki, 16-17 oktyabr tarixlərində Asiya-Avropa sammitində (Asem) Putin, Poroşenko, Fransa Prezidenti Fransua Olland və Almaniya Kansleri Angela Merkelin iştirakı ilə dördtərəfli zirvənin keçiriləcəyi planlaşdırılır./axar/
922 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber