Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2014

İsa Qəmbərdən Qubad İbadoğluna sərt sözlər

Oktyabrın 11-də Müsavat Partiyasının Məclisinin toplantısı keçirilib. “AzerFax”(AFA) xəbər verir ki, Məclisdə Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər çıxış edib.
Çıxışında daha çox Qurultaydan sonra yaranmış vəziyyətə toxunan İ.Qəmbər başqanlığa namizəd olmuş Qubad İbadoğlunun davranışını kəskin şəkildə qınayıb. O, konkret ad çəkməsə də keçmiş namizədi Müsavatın Nizamnaməsi və Proqramından kənar addımlar atmaqda ittiham edib: “Bütün məsələlər Təşkilat Komitəsində yekunlaşandan sonra, “Təşkilat Komitəsi filan şəkildə yaradılmışdı”, “Filan konfransda, filan Ümumi Yığıncaqda filan məsələlər var idi” kimi fikirlər sələndirmək nə dərəcədə ciddi səslənir? Kimsə hər hansı bir prosesdə nəyəsə arxayın deyilsə, öncədən bunu bildirməlidir. Ən azı deməlidir ki, mən vəziyyəti bu şəkildə qəbul etmirəm və ona gərə də seçkidə iştirak etmək istəmirəm. Ancaq bütün bunları qəbul edib, seçkidə tam qüvvə ilə iştirak edib, seçki bitəndən sonra isə əvvəlki prosesləri şübhə altına almaq, nə Müsavatın Nizamnamə və Proqaramına, nə də Müsavatçılıq prinsip və münasibətlər sisteminə uyğundur”.
İ.Qəmbər qeyd edib ki, Qurultay bitəndən sonra əvvəlcədən razılaşdırılmış məsələlərin seçki pozuntusu kimi təqdim edilməsi və bunun şişirdilərək kampaniya şəklinə salınması onun üçün anlaşılan deyil.
Sabiq başqan namizədlərdən birinə dəstəyini nümayiş etdirməsi barədə iddiaları da cavablandırıb. O vurğulayıb ki, öz seçimini və mövqeyini açıqlamaq hüququ olmasına baxmayaraq, sona qədər buna getməyib və prosesə qarışmayıb:
“Lakin seçki bitəndən sonra bu məsələ də gündəmə gətirilir, həqiqətə uyğu olmayan ittihamlar səsləndirilir. Nə üçün? Məqsəd nədir? Aparılan təbliğatn Müsavat Partiyasına xeyri varmı? Bu təbliğatın onu aparanların özlərinə bir faydası varmı? Nə partiyaya, nə də həmin təbliğatı aparanların özlərinə bir xeyri yoxdursa, bəs kimə xeyri var? Bu sual üzərində düşünmüsünüzmü? Müsavat demokratik bir partiyadır. Ancaq nə qədər demokrat olsaq da, biz hər müsavatçıya ayrıca başqan təşkil edə bimərik. Müsavat Partiyasının bir başqanı var – Arif Hacılı”.
İsa Qəmbər Tural Abbaslıya təmkinli seçki kampaniyası apardığına və seçkidən sonra “ağayana müsavatçı mövqeyi göstərdiyinə görə” təşəkkürünü də bildirib./azadliq.info/
944 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...