Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2014

Suriyadan çox sərt Türkiyə açıqlaması

Suriya öz ərazisində bufer zona yaradılmasını qətiyyən qəbul etməyəcəyini açıqlayıb, - “ensonhaber”.

Suriya rəsmi dövlət agentliyi olan SANA-da yayımlanan Xarici İşlər Nazirliyinin açıqlamasında, "Torpaqlarımızın heç bir yerində hər hansı bir səbəb ilə bufer zona yaradılmasını və xarici qüvvələrin torpaqlarımıza düşmən kimi müdaxilə etməsini qətiyyən qəbul etmirik. Suriya dostları ilə birlikdə milli suverenlik, sülh və ərazi bütövlüyünün qorunması üçün lazım olan tədbirləri görür" xəbərdarlığı qeyd olunub.

Suriya Xarici İşlər Nazirliyinin açıqlamasında həmçinin aşağıdakı ifadələrdə qeyd olunub: "Suriya xalqının öz gələcəyini və seçimlərini təyin etməyə haqqı var. Ölkənin daxili məsələlərinə qarışmağa heç bir ölkəyə icazə vermərik. Bu, beynəlxalq hüquq ilə BMT müqavilələrinin prinsip və hədəflərinin açıq-aşkar pozulmasıdır. Türkiyə hökuməti Suriyada böhranın başladığı gündən bəri ölkəmizin suverenliyini təhdid etməyə başlayıb. Bununla belə sistemli şəkildə ölkədəki sabitliyi və ərazi bütövlüyünü hədəf almağa davam edir. Bu hökumət silahlı terror təşkilatlarına siyasi, hərbi və hər cür dəstəyi təmin etdi, onlara sığınacaq verdi, təlim keçdi, maliyyələşdirdi və silahlandırdı. 83-dən artıq ölkəyə məxsus terrorçuların ölkəmizə keçməsini təmin etdi".
Açıqlamada Türkiyənin Suriya və İraqı terror təhlükəsi ilə qarşı-qarşıya qoyduğu qeyd olunub./deyerler/
921 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:11