Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2014

MOSSAD hələ 32 il öncədən İŞİD-i yaratmaq planlarına başlayıb

Bu ilin avqust ayında “İraq Şam İslam Dövləti” (İŞİD) adlandırılan terror təşkilatının üç ölkənin – ABŞ, Böyük Britaniya və İsrail rejimi kəşfiyyatının layihəsi olduğu barədə Amerika dövlətinin sirlərinin və məxfi yazışmalarının məşhur ifşaçısı, Təhlükəsizlik Xidmətinin ölkədən qaçmış keçmiş əməkdaşı Edvard Snoudenin açıqlamaları yayılmışdı. Açıqlamalar Amerika Təhlükəsizlik Xidmətinin gizli sənədlərinə əsaslanırdı. Xarici məbuata istinadən apardığımız son araşdırmalarda Snoudenin yaydığı sənədlər əsasında yeni maraqlı faktlar əldə edə bildik. Sən demə, İsrail rejimi hələ 1982-ci ildən həyata keçirdiyi “Yaxın Şərq sionist planı” əsasında İŞİD kimi qurumların yaradılmasını nəzərdə tutubmuş və “Mossad” kəşfiyyatı bu istiqamətdə geniş hazırlıqlar görüb. İsrail rejimi Xarici İşlər Nazirliyi ilə yaxın əlaqələri olan jurnalist Oded Yinonun “Yaxın Şərq üçün sionist planı” adlı geniş araşdırmasındakı mütəxəssis məruzəsində deyilir: “Bütün ərəb dövlətlərinin kiçik parçalara bölünməsi, Livanda olduğu kimi, Suriya və İraqın da etnik, yaxud dini zəmində rayonlara parçalanması İsrailin şərq cəbhəsi üzrə uzunmüddətli planının əsas məqsədidir”. Yəhudi jurnalist aydın şəkildə açıqlama verib ki, ərəb və digər müsəlman ölkələrinin parçalanması onların daxili etnik və dini ziddiyyətlərindən istifadə edilməklə yekunlaşdırılacaq...

Snoudenin yaydığı sənədlər isə sübut edir ki, İŞİD-in yaradılmasında ABŞ, İsrai rejimil və Böyük Britaniya məsuliyyət daşıyır. 2014-cü il iyulun əvvəlində İslam Demokratik Cihad Partiyasının banisi və “Əl-Qaidə”nin keçmiş aparıcı komandirlərindən olan Habil Hayem Beyrutda yerləşən “Al-meydin” telekanalına müsahibəsində söyləmişdi ki, İŞİD də daxil olmaqla “Əl-Qaidə”nin bütün qanadları ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə işləyir...

Sənəddə bildirilir ki, İŞİD “Eşşək arısı yuvası” adı almış strategiyanın bir hissəsi kimi Amerika, Britaniya və İsrail kəşfiyyatları tərəfindən yaradılıb. Məqsəd həm də bütün dünyadakı “islam” yaraqlılarını Suriyaya toplamaq olub. Bəhreyndəki Daily News mənbəsinə istinadən bildirilir ki, Əbu Bəkr əl-Bağdadi kimi tanınan İŞİD lideri İsrailin “Mossad” kəşfiyyat qurumunun nəzarəti altında teologiya (dini bilgilər-S.L.) və natiqlik sənəti üzrə kurslardan əlavə, tam bir il intensiv hərbi təlim də keçib...

İyun ayında Aoranu Klyaynu adlı bir İordaniya dövlət məmuru WorldNetDaily nəşrinə müsahibəsində bildirib ki, 2012-ci ildə İordaniyadakı gizli bazalardan birində Amerika təlimatçıları İŞİD terrorçularına təlim keçiblər. Elə həmin ildə məlumat verilmişdi ki, Suriya üsyançılarının Səfəvi şəhərindəki təlim bazasına ABŞ və İordaniya rəhbərlik edir.

Yeni məlumatlara görə, Əl-Bağdadi İraqın Um-Kəsr şəhəri yaxınlığındakı Kemp Bukka adlı ABŞ zindanında saxlanılıb. 2006-2007-ci illərdə həmin həbsxananın komandiri olmuş ABŞ Hərbi Hava Qüvvələrinin təhlükəsizlik xidməti zabiti Ceyms Skaylar Qerrond etiraf edib ki, əslində həmin türmə “ekstremizmin tez qızışdırılması” düşərgəsi olub. ABŞ-da “terrorla müharibənin” əleyhdarlarından olan, Müsəlman-Xristian-Yəhudi İttifaqının yaradıcılarından biri, fəlsəfə elmləri doktoru, ərəbşünas-islamoloqist doktor Kevin Barret yazır ki, Əl-Bağdadinin şüuru üzərində manipulyasiya məhz o, İraqda Amerika hərbçilərinin əsiri olarkən aparılıb...

Snoudenin yaydığı sənədlərdə o da vurğulanır ki, ABŞ, Britaniya və İsrail rejiminin birgə qurduğu sözügedən “Eşşək arısı yuvası” strategiyasının əsas məqsədi guya, İsrailə onunla həmsərhəd ölkələrdən təhlükə gəlməsi barədə yalançı təəssüratı gücləndirmək olub. Halbuki, İsrailin keçmiş baş naziri Moşe Şarettanın şəxsi gündəliyindəki məlumatlara görə, İsrail heç zaman müsəlman, yaxud ərəb təhlükəsini öz milli təhlükəsiziliyi üçün ciddi faktor hesab etməyib.

Rolf Şonman yazır: “Şarettanın gündəliyində tam aydın şəkildə deyilir ki, İsrail siyasi və hərbi rəhbərliyi ölkə üçün hər hansı ərəb təhlükəsinə inanmayıb. Sadəcə, onlar manevr etməyə və ərəb dövlətlərini qarşıdurmalara cəlb etməyə çalışırdılar. Bütün bunlar ərəb rejimləri daxilində sabitliyi pozmağa və yeni ərazilərin zəbt olunması planlarına xidmət edirdi. Və İsrail rejimi rəhbərliyi inanırdı ki, o qalib gələcəkdir...”./modern/
922 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı