Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2014

Məhkəmə qərar verdi: Eldəniz Quliyev heç yerə gedə bilməz

Bu gün Nəsimi Rayon Məhkəməsində Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyevin məhkəmə prosesi keçirilib.

Eldəniz Quliyev barəsində seçilmiş başqa yerə getməmək haqqında qərarın ləğv edilməsini istəyib. Lakin məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra E.Quliyevin vəkili linqvistik ekspertizanın rəyi ilə tanış olmadıqlarını deyib və məhkəmədən rəylə tanış olmaq üçün vaxt istəyib. Hakim vəkilin xahişini nəzərə alıb. Proses oktyabrın 20-də davam etdiriləcək.

Xatırladaq ki, daxili işlər naziri Ramil Usubov iddiasında Eldəniz Quliyevin Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə cəzalandırılması üçün xüsusi ittiham qaydasında məhkəmədə iddia qaldırıb.

İddiaya səbəb isə Eldəniz Quliyevin yol polisi barədə yazdıqları olub. Belə ki, E.Quliyev bir müddət əvvəl mətbuatda R.Usubova müraciət ünvanlayıb. Müraciətdə bəzi yol polisi əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə diqqət çəkən E.Quliyev yol polisi barədeə sərt ifadələr işlətmiş və R.Usubovu məlum problemin həlli istiqamətində konkret addımlar atmağa səsləmişdi./virtualaz/
925 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi