Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Oktyabr 2014

Əmircanda toyda dava düşdü, ata və oğlu bıçaqlandı

Bakının Əmircan qəsəbəsində toyda dava düşüb.

Toya gələn qonaqlar arasında baş verən davada 3 nəfər bir-birini bıçaqlayıb.Hadisə şahidlərinin verdiyi məlumata görə, toyda qonaq qismində iştirak edən qəsəbə sakini Elxan Zahirovla həmyerlisi 25 yaşlı Laçın Qüdrət oğlu Əmirov arasında mübahisə baş verib.

Tanışlar toy mağarından ayrılaraq mübahisəni yaxınlıqdakı dəmiryolunun kənarında davam etdiriblər. Mübahisə burda qızışıb. Laçın Əmirov Elxan Zahirovu bıçaqlayıb. Atasının bıçaqlandığını görən Rəsul Elxan oğlu Zahirov üzərində gəzdirdiyi cib bıçağı ilə Laçın Əmirovu vurub. Özünü ayaqda saxlamağı bacaran Laçın əlindəki bıçaqla Rəsula xəsarət yetirib.

Hər üç şəxs yaxınlarının köməyi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Növbətçi həkim Həsən Tağıyevin verdiyi məlumata görə, hər 3 yaralı dərhal əməliyyat olunub. Əməliyyatdan sonra yaralıların həyati təhlükələri aradan qalxıb./apa/
847 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 12:08