Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Oktyabr 2014

16 oktyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Oktyabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə duman olacağı gözlənilir.
Mülayim cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 13-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Oktyabrın 16-da hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin bəzi yerlərdə arabir yağış yağacağı ehtimal olunur. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 12-17, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.
904 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP<