Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2013

Müdafiə Nazirindən daha bir dəyişiklik

Yeni müdafiə naziri Zakir Həsənovun kadr islahatları davam edir.

Məlumata görə, bu dəfə nazirliyin mətbu orqanı olan “Azərbaycan ordusu” qəzetinin baş redaktoru, polkovnik-leytenant İbrahim Rüstəmov vəzifəsindən kənarlaşdırılıb. Baş redaktorun işdən azad edilməsi ilə bağlı əmr hələlik imzalanmasa da, o, müalicə üçün hospitala göndərilib.
İbrahim Rüstəmov bu barədə “Azərbaycan ordusu” qəzetində fəaliyyətinin davam etdirdiyini bildirib. Hazırda hospitalda olduğunu deyən baş redaktorun sözlərinə görə, işdən azad olunacağı ilə bağlı ona heç bir məlumat verilməyib.
Məsələ ilə bağlı Müdafiə Nazirlyinidən əldə etdiyimiz məlumata görə isə, İ.Rüstəmovun hospitalda müalicə kursu yaxın günlərdə başa çatacaq.
Məlumata görə bundan sonra İ.Rüstəmovun öz xahişi ilə işdən azad edilmək barədə ərizəsi alınacaq.
Artıq “Azərbaycan ordusu” qəzetinin baş redaktoru vəzifəsinə kimin təyin ediləcəyi də bəllidir.
Qeyd edək ki, İ.Rüstəmov baş redaktor vəzifəsinə 3 ay əvvəl təsdiqlənmişdi. /aznews/
1918 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:08