Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Oktyabr 2014

İŞİD özünü yeni imicdə təqdim etdi

İŞİD terrorçuları yaşlı kürd qadına kömək etdikləri videonu yayımlayaraq özlərinin yaxşı niyyətli olduqlarını göstərməyə çalışıblar.

Təbliğat xarakterli videoda minlərlə insanın ölümünə imza atan terrorçular yaşlı qadına kömək edərək onu qarşıdurma olan bölgədən çıxarıblar.

Görüntülərdə terrorçular yaşlı qocadan “Övladların haradadır? Səni niyə tək qoyub gediblər?” soruşsa da, qadın ərəb dilini bilmədiyi üçün cavab verə bilmir. Daha sonra terrorçular qadına su və yemək veriblər.

“İŞİD-in müsəlmanları öldürdüyünü deyirlər. Baxın, biz bu yaşlı qadına kömək edirik. Onu buraxıb qaçıblar”, - deyən terrorçular bu yolla özlərinə haqq qazandırmağa çalışıb./axar/



885 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP