Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Oktyabr 2014

İran və Rusiya Xəzərdə hərbi təlimlərə başladı

İran və Rusiya donanması Xəzər dənizində qaçaqmalçılıq, axtarış və xilasetmə məqsədi ilə ortaq təlimlərə başlayıb.

İranın Ənzəli limanında gerçəkləşən təlimlərdə Rusiyanın 2 gəmisi iştirak edib.
İran Dəniz Qüvvələri Komandanı Həbibullah Səyyar verdiyi açıqlamada rusiyalı həmkarı ilə bir müddət əvvəl görüşdüyünü, Xəzərdə təhlükəsizlik məsələlərinin müzakirə olunduğunu qeyd edib.

Xəzərin dostluq dənizi olduğunu deyən İran komandanı Xəzərə aid olmayan bir ölkənin hərbi qüvvələrinin burada saxlanmaması barədə razılığa gəldiklərini açıqlayıb:

“Xəzər dənizinə xarici ölkənin girişinə icazə verməmək barədə razılığa gəlmişik. Əsas məqsədimiz Xəzəryanı ölkələrlə razılaşdırılmış şəkildə fəaliyyət göstərməkdir”.
836 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 16:25