Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Oktyabr 2014

Serbiya ilə Albaniya "Avro-2016"-dan kənarlaşdırıldı

Avro-2016 çərçivəsində keçirilən Serbiya-Albaniya matçında yaşanan gərginlikdən sonra UEFA-nın qərarı kifayət qədər sərt olub.

Qurum Serbiya və Albaniya milli komandalarının "Avro-2016" çərçivəsində bütün oyunlarını ləğv edərək milliləri seçmə mərhələlərdən kənarlaşdırıb.

UEFA-nın mətbuat katibi Pedro Pintonun verdiyi məlumata görə, Avro-2016-dan uzaqlaşdırılan hər iki milli komandanın futbol federasayalarına cinayət işi açılıb.

Xatırladaq ki, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən Serbiya - Albaniya oyunu yarımçıq dayandırılıb. Buna səbəb azarkeşlərin hərəkəti olub. İlk hissənin sonlarında Albaniyanın bayrağını uçurublar. Meydan sahiblərinin müdafiəçisi Stefan Mitroviç tullanaraq bayrağı yerə salıb. Bundan sonra komandaların futbolçuları arasında mübahisə yaranıb. Serbiyalı azarkeşlər fayerlər yandıraraq meydana atıblar. Nəticədə görüş qeyri-müəyyən müddətə dayandırılıb.
854 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber