Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2013

Şimali Koreya prezidenti 80 nəfəri edam etdi

Şimali Koreyanın 7 şəhərində təqribən 80 nəfər edam edilib. Edam edilənlər Cənubi Koreya veriliş və seriallarına baxmaq, əxlaqsız hərəkət, eləcə də pornoqrafiya və qumar oyunları yaymaqda günahlandırılıb.

Cənubi Koreyanın “JoongAng İlbo” qəzetinə istinadən verilən xəbərə görə, edam noyabrın 3-ü baş tutub. Hər şəhərdə təxminən 10 nəfər güllələnib. Edamlardan biri stadionda keçirilib. 10 minə yaxın tamaşaçısı olan edama şəhər sakinləri hökumətin təzyiqi ilə gəlib.
Məlumatlara görə, prezident Kim Çen İnin hakimiyyətə gəlişindən sonra noyabr edamları ən kütləvisi olub.
Məlumat üçün qeyd edək ki, müxtəlif bəhanələrlə avqust ayında da edamlar olmuşdu və edam olunanlar arasında prezidentin eks-sevgilisi də vardı.
1975 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.01.17, 11:09
ABŞ BMT-ni tərk edir!
23.01.17, 09:32
Kişi söhbəti
22.01.17, 11:59
Azərbaycanda Azadlıq
20.01.17, 08:27