Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Oktyabr 2014

Kobaninin beş məhəlləsi İŞİD-in əlindən çıxdı

Kürd döyüşçülər Suriyanın şimalındakı Kobani şəhərinin beş məhəlləsini geri qaytarıblar. RİA “Novosti” xəbər verir ki, məlumatı “əl-Mayəddin” telekanalı yayıb.

Telekanalın məlumatına görə, şəhərin bir neçə məhəlləsini “İraq Şam İslan Dövləti”nin əlindən gərgin döyüşlərdən sonra almaq mümkün olub. Döyüşlər gün ərzində şəhərin bütün hissələrində davam edib.

Qeyd edək ki, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya kürd döyüşçülərə İŞİD-in Kobaniyə doğru irəliləməsinə mane olmaq üçün kömək etməyə çalışır. Təkcə son iki gün ərzində İŞİD-in hədəflərinə 18 hava zərbəsi endirilib. Ərəb KİV-lərinin məlumatına görə, əsasən İŞİD-in ələ keçirdiyi binalar və zirehli texnikanın toplaşdığı yerlər vurulub.
726 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber