Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Oktyabr 2014

Əfqanıstan prezidentinin xanımı xristian imiş

Əfqanıstanda yeni prezident seçilən Əşrəf Qaninin həyat yoldaşı Runa Qaninin Livan əsilli xristian olması ölkədə qalmaqala səbəb olub.

Bundan başqa Əşrəf Qaninin öz həyat yoldaşını seçki kampaniyalarında öz yanında gəzdirməsi də ölkədəki din xadimlərinin narazılığına gətirib çıxarıb. Çünki əvvəlki prezident Həmid Kərzayın vaxtında heç kim ölkənin o vaxtkı birinci xanımı Zinyəti Kərzayı görməmişdi.

Qani öz vəzifəsinin icrasına başladığı gün andiçmə mərasimində etdiyi çıxışında həyat yoldaşına və dostlarına təşəkkür etmiş, hətta mərasimə öz xanımı ilə gəlmişdi. Ölkədəki qadın haqları təşkilatları Qaninin bu addımını müsbət qarşılayıblar.

Amma yeni prezidentin xanımının xristian olması açıq şəkildə narazılığa səbəb olub. Kabildəki Bağ Bala məscidinin imamı Maulavi Həbibullah Haşam ölkənin birinci xanımını ittiham etməkdən belə çəkinməyib: “Heç kim onun İslamı qəbul etdiyini görməyib. Onun məqsədi insanları xristian etməkdir”.
811 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP