Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Oktyabr 2014

Bakıda misli görünməmiş biabırçılıq baş verib

Kütləvi informasiya vasitələrində bildirilir ki, 204 saylı sərnişin avtobusunda sərnişinlər nəinki qapıda sallanırlar, hətta pəncərədən sallanaraq gedənləri də görmək mümkündür.

Həmin hadisə əks etdirən foto və video yayılıb. Görüntülərdə də sərnişinlərin özlərini necə təhlükəyə atıdıqları görünür. Bununla bağlı isə sürücü heç bir addım atmır. Görünür onu sərnişinlərin təhlükəsizliyi yox, qazanc maraqlandırır.

Məsələ ilə əlaqədar avtobusun tabe olduğu “Fidan-Trans” MMC ilə əlaqə saxladıq. Şirkətin rəhbəri Namiq Allahverdiyevin verdiyi məlumata görə, həmin hadisə barədə xəbərdardır. Artıq sürücü Elçin Hüseynov işdən çıxarılıb.

“Düzdür sürücülərlə bacarmaq çox da asan deyil. Lakin mütəmadi yoxlamalar aparırıq. Çalışırıq ki, xidmətimiz qüsursuz olsun”, — deyə Namiq Allahverdiyev bildirib.

Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsi müdiri Elçin Nəsirov da sürücünün işdən çıxarılmasını təsdiqlədi.

“Bu barədə məlumat verilən kimi dərhal avtobus sxlanıldı və cərimə meydançasına aparıldı. Sürücü isə işdən çıxarıldı. Onun işi bizim arxivə yazıldı. Daha həmin sürücü heç bir şirkətdə işləyə bilməyəcək”, — deyə Elçin Nəsirov bildirib./ans/
871 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı