Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Oktyabr 2014

Bakıda polis sürücü davası

Bu gün səhər saatlarında Bakının Səbail rayonunun Badamdar qəsəbəsində sərnişin avtobusunda dava düşüb. Mübahisə polislə sürücü arasında olub.

29 saylı avtobusun sürücüsü ilə polis əməkdaşı arasında mübahisə sonradan dava ilə nəticələnib.

Nəticədə sürücü avtobusda olan sərnişinləri düşürüb və polislə birlikdə gediblər.

Məsələyə aydınlıq gətirmək üçün avtobusun sahibkarı Hikmət Bağırovla əlaqə saxladıq. Sahibkarın verdiyi məlumata görə, hadisə sürücünün avtobusun arxa qapısını açmaması səbəbindən baş verib.

"Sürücü arxa qapını açmayıb ki, sərnişinlər gedişhaqqı verməmiş düşməsinlər. Bu zaman polis əməkdaşı sürücü ilə mübahsiə edib. Mübahisə zamanı söyüş söyülüb. Mübahisə davaya çevrilib. Sonradan sürücü ilə polis əməkdaşı barışıblar. Problem həll olunub", - deyə Hikmət Bağırov bildirib./ans/
826 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı