Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Oktyabr 2014

Putin ABŞ-ı düşmən adlandırdı

Bu barədə Rusiya prezidenti Vladimir Putin Milanda keçiriləcək "Asiya-Avropa" sammitindən əvvəl Serbiyanın "Politika" nəşrinə müsahibəsində bildirib.

Jurnalistlərin Rusiya - Ukrayna münasibətlərinin üçüncü ölkələrin (ABŞ və Avropa) diktəsi formalaşması barədə sualına Rusiya prezidenti belə cavab verib: "ABŞ Rusiyaya qarşı "düşmənçilik" siyasəti yürüdür. Putin xatırladıb ki, ABŞ prezidenti BMT Baş Assambleyasının tribunasında çıxışı zamanı "Rusiya təcavüzü"nü (Ebola epidemiyası və İŞİD terrorçuları) dünya üçün əsas təhlükələrdən biri kimi qiymətləndirib.

Jurnalistlər bu kontekstə Rusiya liderinə daha bir sual veriblər: Avropa İttifaqı və ABŞ sanksiyalarının məqsədi nədir?

"Bizim tərəfdaşlar aydın şəkildə anlamalıdırlar ki, Rusiyaya qarşı birtərəfli, qeyri-legitim məhdudlaşdırıcı addımlar nizamlanmanı yaxınlaşdırmır, əksinə dialoqu çətinləşdirir. Əgər əsas hədəf bizim ölkəmizi təcrid etməkdisə, onda bu absurd hədəfdir. Aydındır ki, onu reallaşdırmaq qeyri-mümkündür. Təbii ki, Avropa, dünya iqtisadi sağlığına ciddi zərbə vurula bilər. Hamıya məlumdur ki, Rusiya hazırda xarici siyasətdə ciddi böhrana səbəb olan və vətəndaşlar arasında fikir ayrılıqlarına səbəb olan Ukraynada dövlət çevrilişi etməyib. Məhz Konstitusiyaya zidd olan hakimiyyətin ələ keçirilməsi sonrakı hadisələrin başlanğıcı oldu", - deyə Putin bildirib./azvision/
855 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber