Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Oktyabr 2014

1986 əkiz, 45 üçəm

Bu ilin yanvar-avqust ayları ərzində ölkədə 112,0 min, yaxud hər gün orta hesabla 461 körpə dünyaya göz açıb və ötən ilin müvafiq dövrünə nisbətən bu göstərici əhalinin hər 1 000 nəfərinə hesabı ilə dəyişməyərək eyni səviyyədə (17,8) qalıb.


Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, doğulan körpələrin 53,6%-i oğlan, 46,4%-i isə qız uşaqlarından ibarət olmaqla 1 986-sı əkiz, 45-i isə üçəm doğulub. Doğulan körpələr üçün 74,2 yaş, o cümlədən oğlanlar üçün 71,6 yaş, qızlar üçün 76,8 yaş ömür uzunluğu gözlənilir.

Ölkə üzrə əhalinin təkrar istehsalı təmin olunaraq uşaq doğmaq qabiliyyətinə malik olan qadınların hər birinə bütün ömür boyu orta hesabla 2,2 doğulmuş uşaq düşür.

Bu ilin yanvar-avqust ayları ərzində ölkədə 37,3 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 000 nəfərinə hesabı ilə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ölüm əmsalı da dəyişməyərək eyni səviyyədə (5,9) qalıb./apa/
792 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:27