Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Oktyabr 2014

Bakının mərkəzində dəhşət: qadın boğazını kəsdi

Bu gün Bakı şəhəri Nəsimi rayonu ərazisində yaşlı qadın intihara cəhd edib. Hadisə şahidlərinin verdiyi məlumata görə, Səməd Vurğun bağında 50-55 yaşlarında qadın boğazını kəsərək özünü öldürmək istəyib.

Bildirilir ki, ərazidə dayanan avtobus sürücülərinə çay satan qadın onun Səməd Vurğun bağından uzaqlaşdırmaq istəyən polislərə etiraz edib. Bu zaman o, əlindəki stəkanı yerə çırpıb və şüşə qırıntısı ilə boğazını kəsib. Qadının qan içində qaldığını görən şəxslər təcili tibbi yardıma zəng ediblər və bir neçə dəqiqə sonra o, xəstəxanaya aparılıb.

Hadisə vaxtı çəkiliş etmək etmək istəyən bir nəfər də polis tərəfindən saxlanıb./lentaz/
928 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:21