Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Oktyabr 2014

17 oktyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Oktyabrın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər yarımadanın bəzi yerlərində duman, zəif çiskin olacağı gözlənilir.
Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 14-17, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 769 mm civə sütunundan 764 mm civə sütununa düşəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Oktyabrın 17-də əsasən axşam və gecə bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 11-16, gündüz 20-25, dağlarda gecə 4-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
1174 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
28.06.17, 21:52
ABŞ odla oynayır - İran
28.06.17, 10:59
Ramazandan sonra
26.06.17, 09:59
"Danışmaq yasaqdır"
Go to TOP