Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Oktyabr 2014

Maduro: Neftin qiymətini ABŞ aşağı salır

ABŞ Rusiya və Venesuelaya ziyan vurmaq məqsədilə neftin qiymətini endirir. Bu barədə ötən gün Venesuela prezidenti Nikolas Maduro Nazirlər Kabinetinin iclasına çıxışı zamanı deyib.

O, həmçinin, neftin qiymətinin yaxın zamanda yenidən bərpa olunacağına əmin olduğunu bildirib və bu mövzunun müzakirə olunması üçün, yenidən, OPEC ölkələrini təcili toplantı keçirməyə çağırıb.

“ABŞ və onun bəzi müttəfiqləri nə üçün neftin qiymətini aşağı salmaq istəyirlər? İri neft istehsalçıları olan Rusiya və Venesuelaya ziyan vurmaq üçün”, deyə prezident qeyd edib. Onun sözlərinə görə, neftin qiyməti nə qədər aşağı düşsə də, Venesuela hökuməti istənilən çətinliyin öhdəsindən gəlmək üçün lazımi planlar hazırlayıb.
960 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 16:25