Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Oktyabr 2014

Rusiya miqrasiya qanunu sərtləşdirir

Rusiya Dövlət Duması ölkəyə giriş-çıxış qaydalarını ciddi pozan əcnəbilər barəsində miqrasiya qanunvericiliyini sərtləşdirə bilər. Parlamentin aşağı palatası birinci oxunuşda müvafiq dəyişiklikləri müzakirəyə çıxaracaq.

Dəyişikliklər miqrasiya qanunvericiliyini pozanların 10 il müddətinə ölkəyə girişinə qadağa qoyulmasını nəzərdə tutur. Bu sanksiyalar xarici vətəndaşın Rusiya ərazisində bir ildən çox müddət ərzində qanunsuz olduğu və bu vaxt ərzində qanunla nəzərdə tutulmuş 90 gün müvəqqəti qalma müddəti bitdikdən sonra ölkəni tərk etmədiyi və ya bu müddətin artırılması ilə bağlı müraciət etmədiyi halda tətbiq edilə bilər.

Hazırkı qanunvericilik 3 ilədək müddətə ölkəyə girişə qadağa kimi nisbətən yumşaq cəza tədbirləri nəzərdə tutur.
891 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber