Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2013

Moskvada qafqazlılarla ruslar arasında kütləvi dava

Kafedə bir qrup gənc arasında başlanan mübahisə bıçaqlanma ilə nəticələnib.

Moskvada yerləşən kafelərin birində yerli sakinlərlə qafqazlılar arasında kütləvi dava olub.Hadisə ötən gün təxminən saat 02:20 radələrində Moskvanın Artekovskaya küçəsində baş verib. Bir neçə nəfər arasında başlanan mübahisə bıçaqlanmaya səbəb olub. Nəticədə mübahisə edənlərdən biri rəqibinə travmatik silahdan bir neçə dəfə atəş açıb və bıcaqla zərbələr yetirib. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, baş vermiş hadisə nəticəsində 1 nəfər ciddi xəsarət alıb.

Zərər çəkmiş şəxs təcili xəstəxanaya çatdırılıb. Şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən faktla bağlı dələduzluq maddəsi ilə cinayət işi açıb.

Mətbuatın yazdığına görə, şahidlər hadisə nəticəsində slavyan görünüşlü, Jdanov soyadlı gənc oğlanın xəsarət aldığını bildiriblər.
2156 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:14