Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Oktyabr 2014

Gəncəbasarda müəllim üsyanı

Təhsil Nazirliyinin Qərb bölgəsi üzrə koordinatoru Ceyhun Mirzəyevin hərəkətləri Elmar Vəliyevi belə «cin atına mindirib»

Təhsil Nazirliyi Daxili Nəzarət İdarəsinin Qərb Bolgəsi üzrə koordinatoru Ceyhun Mirzəyevlə bağlı ilginc şiekayətlər gəlir. Sözügedən şəxsin Gəncəbasardakı fəaliyyəti ciddi narazılıqla müşahidə olunmaqla yanaşı, həm də etirazlara səbəb olub.

Məlumatda deyilir ki, onun sözügedən posta gətirilməsini Ailə və Qadın Problemləri Dövlət Komitəsinin sədri Hicran Hüseynovun xahişi əsasında mümkün olub. Onu himayə edən şəxs isə elə Təhsil Nazirliyinin DNİ-nin rəisi Kənan Quliyevdir.

Məlumatda deyilir ki, Mirzəyev atası Sofu kişi ilə birlikdə Gəncədə «Sport Loto» işlədib. Futbol üzrə proqnozları yığmaqla məşğul olan indiki koordinator mədəni şəkildə «futbol qumarı» ilə məşğul olub.

Bu şəxsin fəaliyyəti artıq Gəncənin icra başçısı Elmar Vəliyevi də qəzəbləndirməyə başlayıb. Onun davamlı olaraq Gəncədəki təhsil müəssisələrinə müdaxilə etməsi, onların fəaliyyətlərini təftişə qalxması, hətta bəzi məsələlərdə özbaşınalığa yol verməsi icra başçısının heç də xoşuna gəlməyib. Amma bunun Mirzəyevə bir zərrə də olsun təsiri olmayıb.

Məsələn, Ceyhun Mirzəyev hal hazırda Gəncədə yerləşən 3, 10, 11 və 31 saylı orta məktəblərdə direktor vəzifəsini müvəqqəti icra edir. Bu azmış kimi, testdən kənar qəbul olunmuş şəxslərdən rüşvət alaraq, onları müəllim kimi işə götürür. İşin ən ilginc tərəfi isə odur ki, Təhsil Nazirliynin Qərb bölgəsi üzrə kurator sonuncu həyat yoldaşının adına saxta arayış düzəltdirərək, onu ingilis dili təmayüllü orta məktəbdə işə götüzdürüb.

Məlumatı verən şəxslər iddia edir ki, hazırkı koordinator bu vəzifəyə qədər, həm də maşın alveri ilə məşğul olub. Elə ona görədir ki, Ceyhun Mirzəyev Gəncə təhsilini bazara çevirib.

Qeyd edilir ki, Mirzəyevin əsas gəlirli sahələrindən biri də Gəncə Futbol Kollecidir. Məktəblərdən adına dərs saatı yazdırıb, maaşlarını özü götürən bu şəxs yaxın qohumlarına da güzəştə getmir. Elə ona görədir ki, Futbol Kollecində adını işə yazdırdığı xalasının belə əmək haqqı kartı koordinatorun cibində olur. Eyni zamanda, Təhsil Nazirliyinin rəsmisi bütün qohumlarını bu təhsil ocağına yerləşdirərək, onların maaşlarını özü alır./jam/
871 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı