Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Oktyabr 2014

9 ay ərzində Bakıda qəzada 237 nəfər ölüb

Bu ilin 9 ayı ərzində Bakının inzibati ərazisində baş verən avtoqəzaların əksəriyyəti əsasən magistral yollarda olub. Bu haqda Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin İctimaətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumata əsasən baş verən qəzalar əsasən Heydər Əliyev prospekti, Nobel prospekti, Zığ yolu, Ziya Bünyadov prospekti, Mərdəkan-Bakı yolunda qeydə alınıb.

2014-cü ilin 9 ayı ərzində paytaxt ərazisində 679 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, onların nəticəsində 237 nəfər ölüb, 667 nəfər xəsarət alıb. Ötən ilin analoji dövrü ilə müqayisədə qəzaların sayında azalma müşahidə olunub. Baş vermiş qəzaların yaranma səbəbi müxtəlif səbəblərdən olsa da, əksəriyyət bunun sürətlə bağlı olduğunu deyir. Amma ekspertlər bu fikilə razı deyil.

Faktiki olaraq yolun sürətli olmasını qəzanın baş verməsinə əsas səbəb olması kimi qiymətləndirmək düzgün deyil. Yollarda baş verən qəzaların baş vermə səbəbi, sürücülər ya ötmə əməliyyatını düzgün yerinə yetirmiyiblər, ya sürət həddini aşıblar, ya da sükan arxasında yatıblar.

Baş vermiş hadisələrdə, piyadaların vurulması ilə də nəticələnən qəzalar olub. Bu hadisələrdə isə 118 nəfər olüb, 251 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Sonda unutmayın ki, sürət məsafəni deyil, ömrünüzü qısalda bilər./ans/
968 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:18
Çin