Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Oktyabr 2014

Daha bir türk konsulluğuna hücum - Romada

Bir qrup PKK-çı Romada Türkiyənin Mədəniyyət Konsulluğunun binasına hücum edib.

Bu haqda Türkiyənin Mədəniyyət naziri Ömər Çelik Tvitterdə açıqlama yayıb:

"Binamıza sis bombası atıldı. Bu hücumu lənətləyirik. Roma konsulluğumuza keçmiş olsun deyirəm. Xaricdə fədakarcasına ölkəmizi təmsil edən bütün müşavirlərə bir daha salam və ehtiramımı yetirirəm".

Qeyd edək ki, hücum binaya ziyan dəyib.

Xatırladaq ki, bu, Avropada Türkiyə konsulluqlarına qarşı 3-cü hücumdur. Oktyabrın 7-də Fransanın Marsel və Avstriyanın Breqenz şəhərlərindəki türk konsulluqlarına da hücum təşkil edilmişdi. İŞİD-in Kobaniyə hücumuna və kürdlərə qarşı apardığı müharibəyə müdaxilə etmədiyi üçün PKK Türkiyə konsulluqlarına ölkə xaricində təxribat aparmaqdadır.
929 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
<