Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Oktyabr 2014

Mişel Platinidən ağ kart təklifi

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Mişel Platini futbolda ağ kartın, eləcə də matçın gedişində iki əlavə əvəzetmənin tətbiqi ideyasını irəli sürüb. Bu barədə “R-Sport” məlumat yayıb.
Belə təkliflərlə Platini oktyabrın 16-da işıq üzü görən “Gəlin futboldan danışaq” adlı kitabında çıxış edib.
Onun fikrincə, sarı və qırmızı kartlarla yanaşı, oyunçunu meydandan müəyyən müddətə, məsələn, 10 dəqiqəliyə çıxarılmasını nəzərdə tutan ağ kart da tətbiq etmək olar. Habelə UEFA rəhbəri matçın gedişində iki əlavə əvəzetməyə icazə verilməsinin tərəfdarı kimi çıxış edib.
Bütün bunlarla yanaşı, “Qızıl top”un üçqat sahibi hakimlər üçün yaş həddinin ləğv edilməsini və arbitrlərin yalnız ustalıq və fiziki hazırlıq səviyyəsi əsasında təyin edilməsini təklif edir.
Avqustun 28-də Platini 2015-ci ilin mayında Sürixdə keçiriləcək FİFA prezidenti seçkilərində namizədliyini irəli sürməyəcəyini elan edib. UEFA prezidenti bu addımını futbola daha yaxın olmaq qərarı ilə izah edib./trend/
854 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber