Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Oktyabr 2014

Kobanidə kürdlər "İŞİD"in 20 yaşlı azərbaycanlı üzvünü edam ediblər

"İŞİD"in 20 yaşlı azərbaycanlı üzvü 10 gün bundan öncə əsir düşüb və bir gün saxlanıldıqdan sonra edam edilib

Hələb əyalətinin Türkiyə sərhədində yerləşən Kobani şəhərində gedən döyüşlər əsnasında kürd qüvvələrinə əsir düşən azərbaycanlı 24 saat əsir saxlanıldıqdan sonra edam edilib.

İnterAz-ın “əl-Həyat”a istinadla verdiyi xəbərə görə, bu barədə Kobanidə “İslam Dövləti” terror təşkilatına müqavimət göstərən döyüşçülər və onlara yaxın mənbələr məlumat veriblər. Məlumata əsasən, "İŞİD"in 20 yaşlı azərbaycanlı üzvü 10 gün bundan öncə əsir düşüb və bir gün saxlanıldıqdan sonra edam edilib.

“əl-Həyat”a müsahibə verən hadisə şahidi 33 yaşlı kürd taciri Cuneyd Himu belə deyir :

“Mən Xalq Müdafiə Bölmələri (YPG) sıralarında vuruşmuram. Amma döyüşlər əsnasında azuqənin çatdırılmasında köməklik göstərirdim. Biz onlardan (İŞİD) birini küçədə ələ keçirdik. O, təqribən 20 yaşlı azərbaycanlı idi. O, bizlə ərəbcə danışırdı. Biz ondan soruşduq ki, "İŞİD" niyə bizə hücum edir?, cavab verdi ki, "siz kafirsiz və bizə əmr edilib ki, sizi düzgün İslam yoluna qaytaraq".

O, həmçinin əlavə etdi ki, guya bizim qadınlarımız, qızlarımız və əmlakımız onlar üçün halaldır. Müsəlmançılıq söhbəti ortaya düşdükdə kürd döyüşçüləri onunla danışmağa və onu razı salmağa çalışırdılar. Onu götürüb, yaxınlığdakı məscidə apardılar. Burada əsl məsxərəli müzakirə başlandı. Onların səyləri nəticə vermirdi. Həmin cihadçı döyüşçülərin əli altında ola-ola dediyində hey israr edirdi. Onu məntiqə yönəltmək çətin idi. Dəfələrlə təkrar etdi ki, biz kafirik. Deyirdi ki, cənnətə getmək istəyir. Ona orada 40 huri verəcəklər deyirdi.

Döyüşçülər ona yemək və su verəndə, o azərbaycanlı rədd etdi və dedi ki, əgər qaça bilsə yenə də gəlib bizə qarşı vuruşacaq və o hazırdr ki, digər kamikadze qardaşlarının elədiyini etsin.

Mən onun bu şəkildə hey israr və inad etdiyini hələ də baş düşə bilmirəm. Onun gözləri heç nə görmür və ölümü heç sanırdı. O, dəfələrlə bizdən istədi onu öldürək ki, gedib cənnətdəki qardaşları ilə görüşsün.

Döyüşçülər əvvəl o azərbaycanlını dustaq kimi saxlamaq fikrində idilər. Amma onun inad etməsi və onun kimilərinin Kobanidə davam edən zorakı əməlləri döyüşçülər üçün başqa seçim saxlamadı. Tutulduqdan 24 saat sonra başına bir neçə güllə vurularaq öldürüldü. Amma hər halda döyüşçülər onun üz gözünü yudular”.
887 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:57